Moody’s: Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yaxşılaşmaqda davam edəcək

Moody’s: Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yaxşılaşmaqda davam edəcək
# 04 mart 2024 14:50 (UTC +04:00)

"Azərbaycanda bank sektorunun kredit keyfiyyəti növbəti 12-18 ay ərzində yaxşılaşmaqda davam edəcək".

"APA-Economics" xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, vaxtı ötmüş kreditlərin həcmi 2022-ci ildəki 3,8%-dən 2023-cü ildə ümumi portfelin 2,6%-nə düşərək yeni tarixi minimuma çatıb. Aktivlərin keyfiyyəti yaxşılaşmağa davam edəcək və ehtiyatlar ümidsiz kreditləri əvəzləməyə kifayət edəcək.

"Qeyri-neft iqtisadiyyatı sahələrinin güclənməsi və əhalinin ümumi gəlirlərinin artması sayəsində əlverişli iqtisadi şərait bank sektorunun aktivlərin keyfiyyətinə müsbət təsir edəcək. Bu da bir çox borcalanların borclarını ödəmə qabiliyyətini gücləndirir. İstehlak kreditləri üzrə normativ hüquqi bazanın sərtləşdirilməsi və manatın sabitliyi 2020-ci ildə xarici valyuta olan kreditlərin ümumi portfeldəki payını 2020-ci ildəki 30%-dən 2023-cü ildə 20%-dən aşağı düşməsinə və onun kefiyyətinə təsir edib"- reytinq agentliyi bildirib.

"Moody’s" həmçinin, Azərbaycan banklarının məcmu kapitalı ilə bağlı proqnozunun müsbət olduğunu açıqlayıb: "Qiymətləndirdiyimiz Azərbaycan bankları 2022-ci ilin sonuna risklə ölçülmüş aktivlərin (RWA) 19%-i həcmində olan maddi məcmu kapital (TCE) ilə möhkəm kapital buferinə malik olub. Növbəti 12-18 ay ərzində bankların maddi məcmu kapitalının riskli aktivlərə (TCE/RWA) nisbətinin marjinal şəkildə artacağını gözləyirik. Çünki riskli aktivlərin artımı yavaşlayacaq, kapitalın formalaşması isə gəlirliliyin artması səbəbindən sürətlənəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR