Bank Of Baku

“Muğan Bank”ın vəfat edən səhmdarının payı bölüşdürülüb

“Muğan Bank”ın vəfat edən səhmdarının payı bölüşdürülüb
# 19 aprel 2023 11:28 (UTC +04:00)

“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib. Məlumata görə, bank vəfat edən keçmiş səhmdarı Maqbet Mehdiyevin 11,58 %-lik payı digər səhmdarlar arasında bölüşdürülüb. Nəticədə Mehdiyeva Fəridə Cahandar qızının bankdakı payı 10,03%-dən 21,6070%-ə, Elmir Maqbet oğlu Mehdiyevin payı 67,74 %-dən 67.7442 %-ə kimi artıb, Vəliyeva Vəfa Əhməd qızının payı isə 10,65 %-dən 10.6487 %-ə enib.

Qeyd edək ki, Maqbet Mehdiyev 2022-ci il noyabrın 21-də 84 yaşında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR