“Nas Project” bank olmayan kredit təşklatı (BOKT) 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Nas Project”in xalis mənfəəti 209 min manat təşkil edib. 2021-ci ildə təşkilat 30.3 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə müştərilərə 2 milyon 420.7 min manat (illik müqayisədə 64% çox) kredit verən təşkilat 559.3 min manat (illik müqayisədə 6.3 dəfə çox) faiz gəliri qazanıb.
Ötən il təşkilatın cəmi aktivləri 2021-ci illə müqayisədə 66.1% artaraq 2 milyon 612.3 min manat, cəmi öhdəlikləri isə 13% azalaraq 1 milyon 133.6 min manat təşkil edib.
2022-ci ildə “Nas Project”in nizamnamə kapitalı 1 milyon manat artırılıb.
Təşkilatın və 2021-ci ildə 13, 2022-ci ildə isə 15 əməkdaşı olub. Nas Project” bütünlüklə 1 təsisçiyə məxsusdur.