Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə yeni rəis müavini təyin edilib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə İbrahimov Anar Vaqif oğlu təyin edilib.
O, buna qədər Vergi Xidmətində Bəyannamələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
İbrahimov Anar Vaqif oğlu 2006-cı ildən Naxçıvan MR Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili şöbəsində işləyib, müxtəlif illərdə bu şöbədə dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində çalışıb. 2023-cü ildən Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi vəzifəsində işləyib.