Bank Of Baku

“Naxçıvanbank” I rübü mənfəətlə başa vurub, kredit portfeli isə böyüyüb

“Naxçıvanbank” I rübü mənfəətlə başa vurub, kredit portfeli isə böyüyüb
# 26 aprel 2023 10:51 (UTC +04:00)

“Naxçıvanbank” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “Naxçıvanbank” 5 milyon 56 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 44.1% və ya 1 milyon 548 min manat çoxdur.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 34.8% artaraq 5 milyon 592 min manat, əməliyyat mənfəəti isə 19.2% artaraq 4 milyon 331 min manat təşkil edib.

Bu dövrdə “Naxçıvanbank”ın kredit portfeli böyüyüb. Belə ki, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artaraq 173 milyon 670 min manata yüksəlib.

Cari ilin birinci rübündə bankın depozit portfeli 112 milyon 447 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 6 milyon 798 min manat, hüquqi şəxslərin depozitləri isə 105 milyon 648 min manata bərabər olub.

Hesabat dövründə “Naxçıvanbank”ın aktivlərinin həcmi 313 milyon 869 min manat, cəmi öhdəliklərinin həcmi isə 196 milyon 853 min manat təşkil edib.

Bankın cəmi kapitalı 15 milyon manatdan çox artıb. Belə ki, 2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 117 milyon 16 min manata bərabər olub ki, bu göstərici illik müqayisədə 15.6% və ya 15 milyon 802 min manat çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR