Bank Of Baku

Naxçıvanda əsas kapitala yönəldilən vəsait 45% azalıb

Naxçıvanda əsas kapitala yönəldilən vəsait 45% azalıb
# 18 mart 2024 14:44 (UTC +04:00)

Cari ilin yanvar-fevral aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 451 min 100 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 45,3 faiz azdır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla yanaşı, 2024-cü ilin yanvar-fevral aylarında 15 milyon 601 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır.

Həmçinin, cari ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 203 milyon 503 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR