Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 544,2 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 544,1 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.