"Yeni dövlət idarəçiliyi modelinin tətbiqindən sonra həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr həqiqətən də geniş ictimaiyyəti düşündürən aktual məsələdir".
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib.
Baş nazir qeyd edib ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 66 milyon 885 min manat kredit verilib: "Verilmiş kreditlərin 4 milyon 410 min manatı və ya 6,6%-i sənayenin, 6 milyon 493 min manatı – 9,7%-i ticarətin, 4 milyon 434 min manatı və ya 6,6%-i kənd təsərrüfatı, 51 milyon 548 min manatı – 77,1%-i isə digər sahələrə verilmiş kreditlərin payına düşüb. Cari ilin yanvar-mart ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklar vasitəsilə mal-material və avadanlıq alınması üçün xarici ölkələrə 20 milyon 395 min ABŞ dolları, 4 milyon 717 min avroməbləğində vəsait köçürülüb".