Bank Of Baku

Naxçıvanın ÜDM-i 1,4% artıb

Naxçıvanın ÜDM-i 1,4% artıb
# 23 dekabr 2021 09:37 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,4% artaraq 2 631,5 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk 11 ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,6% artaraq 5 693,6 manat təşkil edib.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Hesabat dövründə sənaye üzrə 991,79 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR