Bank Of Baku

Nazir: "Azərbaycanda nominal ÜDM həcmi bu il 50 mlrd. dolları ötəcək"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 14 dekabr 2021 12:17 (UTC +04:00)

Bu ilin nəticələrinə görə, Azərbaycanda nominal ÜDM-in həcminin 50 mlrd. ABŞ dollarından çox olacağı proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ortamüddətli dövr (2022-2026-cı illər) üzrə ölkənin strateji inkişaf strategiyasında əks olunan hədəflərə çatmaq üçün uğurlu dinamika təmin olunur.

"Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3%, o cümlədən qeyri-neft sektorunda 6,4% olub. Qeyri-neft məhsullarının ixrac artımı tempinə gəldikdə, hesabat dövründə bu rəqəm 44% səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın saxlanılmasını proqnozlaşdırırıq", - deyə M. Cabbarov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR