Bank Of Baku

Nazir müavini: Dünyada baş verən inflyasiya ölkəmizdən də yan keçməyib

Nazir müavini: Dünyada baş verən inflyasiya ölkəmizdən də yan keçməyib
# 24 may 2023 11:20 (UTC +04:00)

“2022-ci il ölkəmiz üçün uğurlu olub. Qlobal proseslər ölkə iqtisadiyyatına müəyyən təsir göstərsə də, 2022-ci il ərzində Azərbaycan üzərindən tranzit yükdaşımalar artıb, təbii qazın ixracı artıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin rolu da 2022-ci ildə xeyli artıb: “Ötən il də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və Böyük Qayıdışın təmin edilməsi üçün işlər sürətlə davam etdirilib. Humanitar və fiskal siyasət sıx əlaqələndirilmiş şəkildə həyata keçirilib. Manatın məzənnəsi sabit qalsa da, dünyada baş verən inflyasiya ölkəmizdən də yan keçməyib və 13 %-dən çox inflyasiya olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR