Bank Of Baku

Neft Fondu yüksək reytinqli investisiya alətlərinə üstünlük verməkdə davam edir

Neft Fondu yüksək reytinqli investisiya alətlərinə üstünlük verməkdə davam edir
# 18 aprel 2023 13:07 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.03.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 72,8% təşkil edib.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 16,2%-i "AA" reytinqli, 7,2%-i "A" reytinqli, 3,3%-i "BBB" reytinqli, 0,5%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 14,8%-i 0-1 il, 33,9%-i 1-3 il, 21,3%-i 3-5 il, 30%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, 31.03.2023 tarixinə ARDNF-nin investisiya portfeli 53 437,21 mln. dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR