Bank Of Baku

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 70%-ə yaxınlaşıb

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 70%-ə yaxınlaşıb
# 18 aprel 2023 12:56 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2023-cü il tarixinə investisiya portfelinin 69,9%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2022-ci il tarixinə bu göstərici 68,6% olub – red.).

"APA-Economics"in Neft Fondunun 2022-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü il 31 mart tarixinə avro ARDNF-in investisiya portfelinin 19,4%-ni, funt sterlinq – 4,8%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,3%-ni, Rusiya rublu – 0,2%-ni, Çin yuanı – 1%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2,4%-ni təşkil edib.

Məlumata görə, Fondun ABŞ dolları portfelinin 6 481,7 mln. dollarlıq hissəsini (12,1%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 53 437,21 mln. dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR