20 iyun 2023-cü il saat 12:00-da Neftçala "Avtonəqliyyat" ASC səhmdarlarının yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, səhmdarların yığıncağında ASC-nin 2022-ci ilin yekunu və qarşıda duran vəzifələri haqqında, Müşahidə şurasının və sədrinin seçilməsi, təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi, Səhmdar cəmiyyətin 2022-ci ilin yekununa görə dividendin bölüşdürülməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, yığıncaq Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 3-də baş tutacaq.