MAX MMC hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz buraxır .
Bu barədə “APA-Economics” şirkətin “Emissiya Prospektinə” istinadən xəbər verir.
Məlumata görə, istiqrazın gəlirliliyi nominal dəyərindən illik 13% olacaq və 2 il ərzində tədavüldə olacaq.
2022-ci üzrə maliyyə heabatlarına görə, şirkətin cəmi kapitalı 877 389 manat, aktivləri isə 1864287 manat təşkil edib.
Qeyd edək ki, “MAX” MMC-nin nizamnamə kapitalının 1%-i fiziki şəxsə( Abbas Anar Alik oğlu) , 73.99%-i MAX MMC Gürcüstan, 25.01%-i Paşa İnvestments MMC məxsusdur.