Ötən il Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 742 mln. manat qənaət edilib

Ötən il Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 742 mln. manat qənaət edilib
# 21 fevral 2024 13:39 (UTC +04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742,4 mln. manat dövlət vəsaitinə qənaət edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 17% artıb. Belə ki, 2022-ci ildə bu göstəricinin həcmi 634.4 mln. manat idi.

Bildirilib ki, 2022-ci il illə müqayisədə ötən il qənaət edilmiş məbləğdə açıq tender üzrə 13%, təkliflər sorğusu üzrə 41% artıma nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR