Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat

Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
# 03 may 2024 14:36 (UTC +04:00)

“TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “TBC Kredit”in xalis mənfəəti əvvəlki illə müqayisədə 17.7% azalaraq 1 milyon 265 min manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 537 min manat təşkil etmişdi.

Hesabat dövründə təşkilatın əməliyyat gəlirləri 20.9% artaraq 3 milyon 507 min manata, vergidən əvvəlki mənfəəti isə 12.6% azalaraq 1 milyon 407 min manata bərabər olub

Ötən il təşkilatın cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 18.7% və ya 3 milyon 226 min manat artaraq 20 milyon 522 min manat olub. Hesabat dövründə təşkilatın kredit portfeli (11,7 mln. manat) aktivlərin 57%-ni təşkil edib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 28.7% və ya 1 milyon 961 min manat artaraq 8 milyon 793 min manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə “TBC Kredit”in cəmi kapitalı 11 milyon 729 min manata bərabər olub ki, buda illik müqayisədə 12% çoxdur.

Qeyd edək ki, 2018-ci ildən “TBC Kredit”in yeganə səhmdarı Gürcüstanın aparıcı banklarından biri olan “TBC Bank”dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR