Bank Of Baku

Ötən il “Ferrum Kapital”ın kapitalı azalıb, borcları isə kəskin artıb - HESABAT

Ötən il “Ferrum Kapital”ın kapitalı azalıb, borcları isə kəskin artıb - HESABAT
# 13 aprel 2023 17:06 (UTC +04:00)

“Ferrum Kapital” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” “Ferrum Kapitalın” maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 9.7% və ya 230.4 min manat azalaraq 2 milyon 185.2 min manat təşkil edib.

Hesabat dövründə faktorinq şirkəti müştərilərə 36 milyon 101.6 min manat kredit verərək, 13 milyon 222.7 min manat(2021-ci illə müqayisədə 26.3% çox) faiz gəliri əldə edib. Bu dövrdə şirkətin xalis faiz gəlirləri 8 milyon 999,8 min manata bərabər olub ki, bu rəqəm 2021-ci ilə nəzərən 29% və ya 2 milyon manat çoxdur.

2022-ci ildə faktorinq şirkətinin borcları 6 dəfəyə yaxın artıb. Belə ki, şirkət 2021-ci ildə buraxılmış borc qiymətli kağızları(istiqraz) vasitəsi ilə 1 milyon 682.6 min manat borc vəsaiti cəlb etmişdirsə, ötən il bu rəqəm 5.7 dəfə artaraq 9 milyon 611 min manata yüksəlib.

Ötən il “Ferrum Kapital”ın cəmi aktivləri 12% artaraq 56 milyon 896,5 min manat, cəmi öhdəlikləri isə 17% artaraq 46 milyon 930.3 min manata bərabər olub.

Bu dövrdə şirkətin cəmi kapitalı azalıb. 2023-cü il yanvar ayının 1-nə “Ferrum Kapital”ın cəmi kapitalı əvvəlki illə müqayisədə 6.3% və ya 671,1 min manat azalaraq 9 milyon 966,1 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR