2023-cü il ərzində Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 12 milyon 943 min manat, kənd təsərrüfatı heyvanlarının sığorta yığımları isə 3 milyon 951.2 min manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 2022-ci illə müqayisədə 40.5% və ya 3 milyon 734 min manat artıb, kənd təsərrüfatı heyvanlarının sığorta yığımları isə 29.4% və ya 1 milyon 646 min manat azalıb.
Bu dövrdə kənd təsərrüfatı bitkilərinin sığorta ödənişlərinin həcmi 2 dəfə artaraq 3 milyon 494 min manata, kənd təsərrüfatı heyvanlarının sığorta ödənişləri isə 0.6% azalaraq 1 milyon 79 min manata bərabər olub. Beləliklə ötən il bitkiçilik sığortası sahəsindən toplanmış hər 100 manat sığorta haqqının 27 manatı, heyvandarlıq sığortası sahəsindən isə toplanmış hər 100 manatın 27.3 manatı sığorta ödənişi edilib.