Bank Of Baku

Ötən il məişət avadanlıqları üzrə istehlak kreditləri 25%-ə yüksəlib

Ötən il məişət avadanlıqları üzrə istehlak kreditləri 25%-ə yüksəlib
# 23 yanvar 2024 13:13 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü il üçün istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, 2023-cü il 31 dekabr tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 17%, avtomobil kreditləri üzrə 11% və digər istehlak kreditləri üzrə 17% təşkil edib.

Qeyd edək ki, əvvəlki illə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 6 faiz bəndi, avtomobil kreditləri 4% bəndi və digər istehlak kreditləri 2 faiz bəndi azalıb, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 2 faiz bəndi artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR