2023-cü il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2022-ci illә müqayisәdә 12% artaraq 227.7 mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 2 dəfə artaraq 46.2 mlrd. manat olub.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, 2023-cü il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363.6 mln. әdәd, hәcmi isә 379.3 mlrd. manat tәşkil edib. Aparılan köçürmәlәrin say üzrә 85.9%-i (312.2 mln. әdәd), hәcm üzrә isә 79.6%-i (301.8 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb.