Ötən il nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29.5 mlrd. dollar təşkil edib

Ötən il nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29.5 mlrd.  dollar təşkil edib
# 27 fevral 2024 12:19 (UTC +04:00)

2023-cü ildə Azərbaycanda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29.5 mlrd. ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 21%-i banklararası valyuta bazarında (BVB), 79%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, hesabat ilində BVB-də əməliyyatların həcmi 6.2 mlrd. ABŞ dolları (ARDNF-nin və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. Hesabat ilində banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarındakı proseslərə çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa şərait yaradan Blumberqin “BMatch” platforması aktivləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR