Ötən il POS-terminallarla 9 mlrd. manata yaxın təmassız ödəniş edilib

Ötən il POS-terminallarla 9 mlrd. manata yaxın təmassız ödəniş edilib
# 28 fevral 2024 16:10 (UTC +04:00)

2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2022-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 401.1 mln. ədəd, həcmi isə 82.5% artaraq 8.9 mlrd. manat olub.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2022- ci il ilə müqayisədə 2.1 dəfə artaraq 416.6 mln. ədəd, həcmi isə 68.5% artaraq 9.8 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR