Ötən il xarici valyutada əmanət və depozitlərin həcmi 26.8% azalıb

Ötən il xarici valyutada əmanət və depozitlərin həcmi 26.8% azalıb
# 27 fevral 2024 12:10 (UTC +04:00)

2023-cü ildə Azərbaycanda dollarlaşmanın azalması meyili davam edib. Xarici valyutada əmanət və depozitlərin həcmi 26.8% azalaraq 9.7 mlrd. manat təşkil etmiş, onun cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 11.7 faiz bəndi azalaraq 33.2%-ə enib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi isə il ərzində 9.4 faiz bəndi azalaraq dövrün sonuna 21.5% təşkil edib. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı ilin sonuna 43.4% təşkil edib ki, bu da ötən ilin sonuna nəzərən 9.4 faiz bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma müşahidə olunub. Bu göstərici 6 faiz bəndi azalaraq ilin sonuna 33.2% təşkil etmişdir. İl ərzində qeyrirezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 6.1 faiz bəndi azalaraq ilin sonuna 29.5%-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR