Bank Of Baku

Pakistan şirkətinin törəməsi Azərbaycanda gəlirlərini açıqlayıb

Pakistan şirkətinin törəməsi Azərbaycanda gəlirlərini açıqlayıb
# 24 may 2023 10:10 (UTC +04:00)

“MCB” bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “MCB” BOKT-un xalis mənfəəti 2021-ci illə müqayisədə 10% artaraq 752.3 min manat təşkil edib. 2021-ci təşkilat 659.1 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 2 milyon 573,4 min manat (illik müqayisədə 39.9% çox), faiz xərcləri 877.1 min manat(illik müqayisədə 96.7% çox) təşkil edib. Eyni dövrdə təşkilatın xalis faiz gəlirləri 2021-ci illə müqayisədə 21.7% artaraq 1 milyon 696,3 min manat, xalis əməliyyat mənfəəti isə 15.8% artaraq 919.7 min manata yüksəlib.

2022-ci ildə “MCB” BOKT-un cəmi aktivləri əvvəlki illə müqayisədə 38.6% və ya 5 milyon 229.4 min manat artaraq 18 milyon 763,9 min manat, cəmi öhdəlikəri isə 53.9% və ya 4 milyon 504 min manat artaraq 12 milyon 859.3 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 5 milyon 904,6 min manata bərabər olub ki, bu da illik müqayisədə 14% çoxdur.

Qeyd edək ki, 12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) şirkətə bank olmayan kredit təşkilatı (BOKT) lisenziyası verib. “MCB” QSC Pakistanda Fond birjasında qeydiyyata alınmış ictimai şirkət olan, həm də şirkətin əsas ana şirkəti hesab olunan MCB Bank Limited-in ("Ana Şirkət") törəmə şirkətidir.

Xatırladaq ki, MCB QSC-nin səhmlərinin 99.94% -i MCB Bank Limited (Pakistan) şirkətinə, 0.06%-i isə fiziki şəxs olan Ramal Cəfərova məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR