Bank Of Baku

Palata: Dövlət rüsumu üzrə büdcəyə borcların ödənilməməsi halları hələ də var

Vüqar Gülməmmədov

© APA | Vüqar Gülməmmədov

# 24 may 2023 15:34 (UTC +04:00)

“Dövlət rüsumu üzrə büdcəyə borcların ödənilməməsinə yol vermə halları hələ də mövcuddur”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, hesabat ilində dövlət rüsumlarının müəyyən hissəsinin dövlət rüsumunu tutan orqanların xüsusi hesabına köçürülməsi ilə bağlı müddəaların ləğv olunaraq daxilolmaların tam həcmdə dövlət büdcəsinə mədaxil edilməsi şəraitində dövlət rüsumu üzrə proqnoz kəsirlə yerinə yetirilib (86,0%- 50,0 mln. manatdan çox). DVX tərəfindən təqdim edilmiş məlumatların təhlili zamanı bir sıra rüsum tutan orqanların hesabatlılıq öhdəliklərinə tam riayət etmədiyi, dövlət rüsumu üzrə büdcəyə borcların ödənilməməsinə yol vermə hallarının hələ də mövcud olduğu müəyyən edilib.

Palata sədri onu da bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının ilk ili 2022-ci ilə təsadüf edir.

“Ali audit orqanı olaraq strategiyanın maliyyə təminatının dövlət büdcəsində əks etdirilməsi vəziyyətini diqqətdə saxlamışıq. Dövlət büdcəsinin icrası barədə illik hesabatda Strategiyanın maliyyə tutumuna yönəldilmiş vəsaitlər barədə məlumat verilməsini müsbət qiymətləndiririk.

Təhlillərlə strateji sənəd üzrə icra edilmiş vəsaitin daha çox olduğu barədə qənaətə gəlinir. Belə ki, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş bəzi tədbirlərə maliyyə vəsaitinin yönəldilməsi fonunda bu xərclər Strategiyanın maliyyə təminatına aid edilməyib”, - deyə Vüqar Gülməmmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR