Bank Of Baku

"PAŞA Sığorta" yeni kampaniyaya start verib

"PAŞA Sığorta" yeni kampaniyaya start verib
# 14 dekabr 2021 12:24 (UTC +04:00)

Daim yeni kampaniyalarla möhtəşəm fürsətlər təklif edən “PAŞA Sığorta” könüllü tibbi sığorta məhsulları üzrə yeni kampaniya elan edir. Belə ki, kampaniya çərçivəsində “Ailə Dostu” və “SağlamSən” könüllü tibbi sığorta məhsullarını əldə edən müştərilərə “Bravo” alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcək.

13 dekabr – 31 dekabr tarixlərini əhatə edəcək kampaniyada “SağlamSən” məhsulundan “Silver” paketini əldə edən müştərilər 70 AZN məbləğində, “Gold” paketlərini əldə edən müştərilər isə 100 AZN məbləğində hədiyyə kartı qazanacaq. “Ailə Dostu” könüllü tibbi sığorta məhsulu üzrə vitamin B, vitamin C və ya multi-vitamin paketlərini əldə edən müştərilərə müvafiq olaraq 100 AZN və 140 AZN məbləğində “Bravo” alış-veriş kartları hədiyyə ediləcək.

Qeyd edək ki, könüllü tibbi sığorta məhsulu əldə edəcək müştərilər profilaktik tibbi müayinə, stomatoloji yardım, optika və linzalar ilə təminatla yanaşı digər əlavə tibbi xidmətlərdən də yararlana bilir.

“Sağlam Sən” və “Ailə Dostu” tibbi sığorta məhsullarını əldə etmək, həmçinin kampaniya haqqında ətraflı məlumat almaq üçün https://bit.ly/3DyhSc5 və ya https://bit.ly/3lJIIYD keçidinə nəzər sala və ya *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, “PAŞA Sığorta”nın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding”in üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR