Bank Of Baku

“Premium Bank”ın kapitalı azalıb, kredit portfeli isə kiçilib

“Premium Bank”ın kapitalı azalıb, kredit portfeli isə kiçilib
# 26 aprel 2023 12:00 (UTC +04:00)

“Premium Bank” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “Premium Bank” 3 milyon 506 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 2.5 dəfə və ya 2 milyon 113 min manat çoxdur.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 5.4% artaraq 5 milyon 493 min manat, əməliyyat mənfəəti isə 28.8% artaraq 2 milyon 769 min manat təşkil edib.

Bu dövrdə “Premium Bank”ın kredit portfeli kiçilib. Belə ki, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6% və ya 17 milyon 539 min manat azalaraq 468 milyon 752 min manata enib.

Cari ilin birinci rübündə bankın depozit portfeli 479 milyon 670 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 339 milyon 482 min manat, hüquqi şəxslərin depozitləri isə 140 milyon 188 min manata bərabər olub.

Hesabat dövründə “Premium Bank”ın aktivlərinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 700 milyon 869 min manat, cəmi öhdəliklərinin həcmi isə 9.9% artaraq 523 milyon 643 min manat təşkil edib.

Bankın cəmi kapitalı 4 milyon manata yaxın azalıb. Belə ki, 2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 177 milyon 288 min manata bərabər olub ki, bu göstərici illik müqayisədə 2.1% və ya 3 milyon 808 min manat azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR