Bank Of Baku

“Premium Bank”ın xalis mənfəəti 43%-ə yaxın azalıb

“Premium Bank”ın xalis mənfəəti 43%-ə yaxın azalıb
# 24 oktyabr 2022 17:08 (UTC +04:00)

“Premium Bank” 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" banka istinadən xəbər verir ki, bu ilin doqquz ayında “Premium Bank”ın xalis mənfəəti 42,6% azalaraq 4,012 milyon manata enib. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 6,999 milyon manat təşkil etmişdi.

Bu ilin yanvar-sentyabr aylarında “Premium Bank”ın faiz gəlirləri 6,1% azalaraq 22,934 milyon manata, faiz xərcləri 36,7% azalaraq 7,436 milyon manata enib. Faiz gəlirlərinin cüzi azalması fonunda faiz xərclərinin kəskin azalması xalis faiz gəlirlərini 22,2% artırıb. Belə ki, bu dövrdə bankın xalis faiz gəlirləri 15,497 milyon manata çatıb. “Premium Bank”ın qeyri-faiz gəlirləri 12,913 milyon manat (24% çox), qeyri-faiz xərcləri 20,687 milyon manat (16,6% az) təşkil edib. Bankın cəmi gəlirləri 5,5% azalaraq 35,847 milyon manat, əməliyyat gəlirləri 22,8% azalaraq 28,123 milyon manat, əməliyyat mənfəəti 7,724 milyon manat təşkil edib. Bank mümkün zərərlər üzrə ehtiyat ayırmaları 3,712 milyon manata kimi artırıb.

Bu ilin oktyabrın 1-nə bankın aktivləri 5,5% artaraq 802,134 milyon manata yüksəlib, kredit portfeli isə 6,1% kiçilərək 477,993 milyon manata enib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 7,8% artaraq 619,417 milyon manat, o cümlədən depozit portfeli 11% artaraq 575,773 milyon manata bərabər olub. Bankın cəmi kapitalı isə 1,6% azalaraq 182,718 milyon manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR