Bank Of Baku

“PSG Kapital İnvestisiya Şirkəti”nin aktivləri və mənfəəti kəskin azalıb

“PSG Kapital İnvestisiya Şirkəti”nin aktivləri və mənfəəti kəskin azalıb
# 16 may 2023 14:32 (UTC +04:00)

“PSG Kapital İnvestisiya Şirkəti” 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “PSG Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2 dəfə azalaraq 862.9 min manat təşkil edib. 2021-ci ildə şirkət 1 milyon 717.7 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin faiz gəlirləri 2021-ci illə müqayisədə 2 dəfə artaraq 831.9 min manat, anderraytinq gəlirləri 8.4 dəfə azalaraq 102.2 min manat, dilinq gəlirləri 4.3 dəfə azalaraq 186.1 min manat, investisiya məsləhətləri gəlirləri isə 2 dəfə azalaraq 371.3 min manat təşkil edib.

2022-ci ildə şirkətin əməliyyat gəlirləri 2 milyon 87.6 min manat, əməliyyat xərcləri isə 1 milyon 14,6 min manata bərabər olub. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 1 milyon 72.9 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 2 dəfə azdır.

Ötən il şirkətin cəmi aktivləri 42.4% azalaraq 26 milyon 346.4 min manat, cəmi öhdəlikləri isə 2.1 dəfə azalaraq 17 milyon 73.5 min manata bərabər olub.

2023-cü ilin yanvar ayının 1-nə “PSG Kapital İnvestisiya Şirkəti”nin cəmi kapitalı 9 milyon 272.9 min manat olub ki, bu da əvvvəlki illə müqayisədə 5% azdır.

Qeyd edək ki, 16 nəfər işçi heyəti olan “PSG Kapital İnvestisiya Şirkəti”nin səhmlərinin 100%-i Məmmədov Faiq Ağababa oğluna məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR