Bank Of Baku

"Qala Sığorta"nın maliyyə vəziyyəti məlum olub

"Qala Sığorta"nın maliyyə vəziyyəti məlum olub
# 20 aprel 2023 10:09 (UTC +04:00)

"Qala Sığorta" şirkəti 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkətinin xalis mənfəəti ötən il 12,9% artaraq 10,6 milyon manata çatıb. Şirkət 2021-ci il üzrə 9,4 milyon xalis mənfəət açıqlamışdı.

Ötən il "Qala Sığorta" ASC-nin əsas əməliyyat gəlirləri 41,4 milyon (2021-ci ilə nisbətən 10,9% az), birbaşa toplanan sığorta haqqları 40,4 milyon manat (2021-ci ilə nisbətən 7,8% az) təşkil edib.

Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 13,6% artaraq 1,9 milyon manata, subroqasiya gəlirləri 52% artaraq 234,1 min manata, əkinə sair gəlirləri isə 15,2 dəfə azalaraq 133,3 min manata enib. "Qala Sığorta" ASC-nin cəmi gəlirləri isə 42,4 milyon manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 2,1% azdır.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 24,4% azalaraq 15,5 milyon manata, o cümlədən sığorta ödənişləri 6,4% artaraq 6,02 milyon manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 30,3% azalaraq 8,5 milyon manata bərabər olub. İşlərin aparılması xərcləri isə ötən il 22,7% artaraq 13,5 milyon manata yüksəlib. Sığorta şirkətinin cəmi xərcləri isə 29,1 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 8,2% azdır.

Gəlirlər xərcləri üstələdiyindən "Qala Sığorta"nın əməliyyat mənfəəti 13,4 milyon manata bərabər olub. 2021-ci illə müqayisədə bu, 15,5% çoxdur. Sığorta şirkəti bu dövr üzrə 2,8 milyon manat mənfəət vergisi (2021-ci ilə nisbətən 21,7% çox) ödəyib.

Sığorta şirkəti 2022-ci ildə 19,3% böyüyüb. Cari ilin yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 52,887 milyon manatdan 63,089 milyon manata yüksəlib. "Qala sığorta"nın cəmi öhdəlikləri 17% artaraq 38,680 milyon manata, cəmi kapitalı isə 23,2% artaraq 24,408 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR