Bu ilin 9 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6.222,0 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.515,3 mln. manat və ya 32,2% çoxdur.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu sektor üzrə artım 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib.