2022-ci ildə qlobal bazarlar üçün əsas risk Ukrayna və Tayvandakı qeyri-sabitlikdir.
APA-nın xəbərinə görə, bu, "Bloomberg" agentliyinin 2022-ci ildə dünya iqtisadiyyatını gözləyən əsas risklərə dair hesabatında əks olunub.
Proqnoza görə, koronavirusun Omicron ştamı daha təhlükəli olacaq ki, bu təqdirdə dünya iqtisadiyyatı 4,2% kiçiləcək. Əks halda gələn il 5,7% artım gözlənilir.
Bundan başqa, Rusiya ilə Ukrayna arasındakı gərginlik qazın, təbii fəlakətlər isə ərzağın bahalaşmasına səbəb olacaq.