Bank Of Baku

“Rabitəbank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb

“Rabitəbank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb
# 21 oktyabr 2022 15:27 (UTC +04:00)

“Rabitəbank” 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" banka istinadən xəbər verir ki, bu ilin doqquz ayında “Rabitəbank”ın xalis mənfəəti 91,3% artaraq 12,676 milyon manata çatıb. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 6,625 milyon manat təşkil etmişdi.

Bu ilin yanvar-sentyabr aylarında “Rabitəbank”ın xalis faiz gəlirləri 49,211 milyon manat (əvvəlki ilə nisbətən 24,1% çox), xalis faiz xərcləri 14,062 milyon manat (42,3% çox), xalis faiz gəlirləri 35,149 milyon manat (18% çox) olub.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 68,6% artaraq 34,913 milyon manat, qeyri-faiz xərcləri 60% artaraq 54,554 milyon manata çatıb.

Bu ilin oktyabrın 1-nə bankın aktivləri 12,4% azalaraq 892,157 milyon manat, o cümlədən kredit portfeli 26% artaraq 597,466 milyon manat təşkil edib.

Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 15.2% azalaraq 779,083 milyon manat, o cümlədən depozit portfeli 23,6% azalaraq 553,235 milyon manata bərabər olub. Bankın cəmi kapitalı isə 14,1% artaraq 113,074 milyon manata yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR