Bank Of Baku

Regional BOKT-un xalis mənfəəti azalıb

Regional BOKT-un xalis mənfəəti azalıb
# 05 may 2023 11:51 (UTC +04:00)

“Regional” bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Regional” BOKT-un xalis mənfəəti 2021-ci illə müqayisədə 32.4% azalaraq 35,3 min manat təşkil edib. 2021-ci ildə təşkilatın xalis mənfəəti 52,2 min manat təşkil etmişdi.

Hesabat dövründə təşkilat müştərilərə 1 milyon 276.8 min manat (illik müqayisədə 64.8% çox) kredit verərək 344.9 min manat( illik müqayisədə 3 dəfə çox) faiz gəliri əldə edib. Faiz xərcləri 124.5 min manat olan təşkilatın xalis faiz gəlirləri 220.4 min manat olub ki, bu rəqəm əvvəlki illə müqayisədə 2.7 dəfə çoxdur.

Ötən il təşkilatın cəmi aktivlərinin həcmi 2021-ci illə müqayisədə 60.2% və ya 466.7 min artaraq 1 milyon 752.5 min manat olub. Təşkilatın aktivlərinin artması müştərilərə verdiyi kreditlərin artması hesabına olub.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 72.7% və ya 520.6 min manat artaraq 1 milyon 236,7 min manata yüksəlib.

2023-cü il yanvar ayının 1-nə “Regional”in cəmi kapitalı 515.8 min manata bərabər olub ki, buda illik müqayisədə 3.1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR