Rəşad Əhmədov: Azərbaycanda katastrofik risklərin hesablanması modeli yaradılacaq

İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov

© APA | İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov

# 22 may 2024 14:53 (UTC +04:00)

Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb.

APA-Economics” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov Bakıda keçirilən “Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi” Konfransında bildirib.

O deyib ki, penetrasiya səviyyəsi çox aşağıdır: ”Bu qətiyyən yaxşı hal deyil. Ölkədə katastrofik risk çıxarsa, dövlət büdcəsinə, ölkə maliyyəsinə ciddi ziyan dəyəcək. Potensial riskin hesablanması isə bu gün mümkün deyil”.

R. Əhmədovun sözlərinə görə, Türkiyədə baş verən son zəlzələ zamanı dəyən ziyanın həcmi 103 mlrd. dollara çatıb. Bu baxımdan demək olmaz ki, potensial risk zamanı Türkiyədə 103 mlrd.dollar zərər ortaya çıxıbsa, Azərbaycanda bu rəqəm 10 mlrd. olacaq. Bu yanaşma doğru deyil. Zərərlər bir-birinə yaxın ola bilər. Əgər təkrarsığorta mexanizmi düzgün işləmirsə, risklər sığorta şirkətlərinə düzgün ötürülmürsə, bu dövlət üzərində ciddi bir maliyyə yükü əmələ gətirə bilər. Bu da ölkənin iqtisadi stabilliyini poza bilər.

“Bunun baş verməməsi üçün qoruma qalxanın yaradılmasına ehtiyac var. Elmi hesablamalar düzgün bir şəkildə aparılmalıdır. Təkrarsığortaya ötürülən risklər düzgün müəyyən edilməlidir. Bunun üçün Türkiyənin doğru təxmin modelləri ortaya qoyan şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üçün müvafiq modelin hazırlanmasını təmin edəcəyik” - Rəşad Əhmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR