Bank Of Baku

Rüfət Quliyev: Maşınyuma yerlərində suya qənaət edilmir

Rüfət Quliyev

© APA | Rüfət Quliyev

# 24 may 2023 12:38 (UTC +04:00)

Bu problem hələ Sovet dövründən başlayıb və coğrafi məsələdir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Su Ehtiyatları Agentliyi olduqca mühüm bir addımdır.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Mən sözügedən qurumun rəhbərliyinə uğurlar arzu edirəm. Çünki bu çox çətin və məsuliyyətli bir iş tələb edir. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün Bakıda bir çox yerlərdə suyun istifadəsi ifrat dərəcəsindədir, nəzarətsizdir. Parklarda, maşın yuyulma yerlərində, tikinti komplekslərində və digər bu kimi yerlərdə suya qənaət edilmir. Bununla mübarizə aparılmalıdır. Mən özüm dəfələrlə şahidi olmuşam ki, parkların suvarılması zamanı suya nəzarət edilmir. Bu yerlərdə su sayğacı qurulmalı, suya tələbatın ödənilməsi ilə bağlı ciddi nəzarət olunmalıdır. Əgər suyun istifadəsinə nəzarət olmazsa, biz suyun qiymətini saxlaya bilməyəcəyik, qiymət qalxacaq”, - deputat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR