Bank Of Baku

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə qaldırıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə qaldırıb
# 27 oktyabr 2023 14:36 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik göstəricidə 13%-dən 15%-ə qaldırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiyada cari inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və bu Mərkəzi Bankın gözləntilərindən yüksəkdir.

Bankın açıqlamasında Rusiyada 2023-cü ildə infilyasiya proqnozunun 6-7 faizdən 7-7.5 faizə yüksəldiyi bildirilib.

Qeyd edək ki, bu, Rusiyada uçot dərəcəsinin ardıcıl dördüncü artımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR