Bank Of Baku

Samir Şərifov: Azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regionda sülhə səbəb olacaq

Samir Şərifov: Azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regionda sülhə səbəb olacaq
# 04 may 2023 16:57 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regional əməkdaşlıq və inteqrasiya səylərinə böyük təkan verəcək və bununla da regionda uzunmüddətli sülh və tərəqqiyə nail olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısı çərçivəsində AİB-in prezidenti Masatsuqu Asakava ilə görüşdə deyib.

Nazir ölkəmizin iqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün böyük potensial var və bununla da gələcəkdə Avropaya, o cümlədən region ölkələrinə enerji təchizatının həyata keçirilməsində Azərbaycan əhəmiyyətli rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR