Bank Of Baku

Nazir: İnfrastruktur layihələrinin icrasında müəyyən geriləmələr var

Nazir: İnfrastruktur layihələrinin icrasında müəyyən geriləmələr var
# 01 avqust 2019 10:17 (UTC +04:00)

Bu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri Azərbaycan iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir.

APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri 100,2% səviyyəsində (10,951 mlrd. manat) icra olunub, dövlət büdcəsinin gəlirləri isə 10,406 mlrd. manat məbləğində icra edilib.

“Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Büdcəni əsas təmin edən orqanlar, yəni, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108% icra olunub. Çox yüksək göstəricilərdir. Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70%-ni qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcək”, - deyə S. Şərifov qeyd edib.

Maliyyə naziri həmçinin əlavə edib ki, vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında, böyük məsələlərdən biri dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır. Cari ildə 5,980 mlrd. manat dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37%-i hələ ki, 6 ay ərzində icra olunub.

“Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1,140 mlrd. manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur, onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir”, - deyə S. Şərifov qeyd edib.

Maliyyə naziri əlavə edib ki, nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında müəyyən maneələr yarada bilər: “Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna – noyabr-dekabr aylarına təsadüf etməsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR