“Ötən il nəzarət orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının dövlət büdcəsinə bərpa etdirdiyi məbləğ hesabatlarda göstərilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, hüquq-mühafizə orqanlarında müsadirə edilən əmlaklarla bağlı da məlumatlar var.
Qeyd edək ki, deputat Rüfət Quliyev Hesablama Palatasının hüquq-mühafizə orqanlarına müraciət etdiyi məsələlərlə bağlı ictimaiyyətə məlumat verilməsini istəyib.