Bank Of Baku

"SF Azərbaycan" BOKT-un xərci faiz gəlirindən 1542 dəfə çox olub

"SF Azərbaycan" BOKT-un xərci faiz gəlirindən 1542 dəfə çox olub
# 12 may 2023 17:49 (UTC +04:00)

"SF Azərbaycan" bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “"SF Azərbaycan" 2022-ci ildə 400,6 min manat xalis zərər edib. 2021-ci ildə təşkilat 338.5 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə, təşkilat müştərilərə cəmi 2070 manat kredit verərək 270 manat faiz gəliri əldə edib. Təşkilatın ən yüksək gəliri məzənnə fərqinin dəyişməsindən 15 min 387 manat təşkil edib. Bu dövrdə inzibati xərcləri 416 min 340 manat olan "SF Azərbaycan" 400 min 684 manat əməliyyat zərəri edib.

Ötən il təşkilatın cəmi aktivləri 2.3 dəfə azalaraq 134.3 min manat, cəmi öhdəlikləri 68% artaraq 573.6 min manata bərabər olub.

2023-cü ilin yanvar ayının 1-nə "SF Azərbaycan"ın yığılmış zərəri 739 min 231 manata yüksəlib.

Qeyd edək ki, təşkilatın yığılmış zərəri nizamnamə kapitalından 2.5 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR