Bank Of Baku

Sığorta bazarı 30%-dən çox böyüyüb

Sığorta bazarı 30%-dən çox böyüyüb
# 22 may 2023 12:33 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta yığımları 30,3% artaraq 467,53 milyon manata çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 44,1% artaraq 134,602 milyon manata yüksəlib.

Ödənişlərin artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında sığortaçılar topladıqları hər 100 manatın 26 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 28,8 manata kimi artıb. Bu isə 10,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR