Bank Of Baku

Sığorta şirkətlərinin xalis mənfəətinə görə renkinqi - 2022

Sığorta şirkətlərinin xalis mənfəətinə görə renkinqi - 2022
# 27 aprel 2023 10:33 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri (o cümlədən 1 təkrarsığorta şirkəti) 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

"APA-Economics" sığorta şirkətlərinin hesabatlarına əsasən, onların xalis mənfəətinin həcminə görə renkinqini hazırlayıb. 2022-ci ilin nəticələrinə görə, 15 sığorta şirkəti ötən ili mənfəətlə, 6 sığorta şirkəti isə xalis zərərlə bitirib. "PAŞA Həyat" sığorta bazarının ən çox mənfəət əldə edən şirkəti olub - 39,5 milyon manat. "Paşa Sığorta" 29,2 milyon manat mənfəətlə ikinci, ölkənin yeganə təkrarsığorta şirkəti olan "Azre" isə 22,7 milyon mənfəətlə siyahıda üçüncü olub. Ötən ili ən pis başa vuran sığorta şirkəti "Xalq Sığorta" olub. 2021-ci ildə 5 milyon manat xalis mənfəət əldə edən sığorta şirkəti ötən il birdən-birə 12,2 milyon zərər edib. Sığorta şirkətlərinin renkinqi tam olaraq aşağıdakı kimidir:

Sığorta şirkəti

Xalis mənfəət

2021

Xalis mənfəət

2022 (min AZN)

"Paşa Həyat Sığorta" ASC

17714203

39527047

"Paşa Sığorta" ASC

24634343

29201385

“AzRe Təkrarsığorta” ASC

2402088

22736861

"Qala Sığorta" ASC

9373017

10567243

"Atəşgah Həyat" ASC

6431652

8474087

"Qala Həyat Sığorta" ASC

4741043

7842016

"Meqa Sığorta" ASC

3920118

3777727

"Xalq Həyat Sığorta" ASC

1391673

1823731

"Naxçıvan Sığorta" ASC

900111

1005541

"İpək Yolu Sığorta" ASC

972051

726027

"Meqa Həyat" ASC

181964

573934

"Aqrar Sığorta" ASC

497880

170150

"Bakı Sığorta" ASC

-1712000

102673

"A-Qroup Sığorta" ASC

1013075

57190

"Atəşgah Sığorta" ASC

328108

-517987

"Atasığorta" ASC

-2264865

-575354

"Günay Sığorta" ASC

-1125001

-1227584

"Azsığorta" ASC

757783

-2001441

"Azərbaycan Sənaye Sığorta" ASC

1983616

-2475766

"Azərsığorta" ASC

-14294740

-10452793

"Xalq Sığorta" ASC

5029191

-12225937

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR