Bank Of Baku

Sinan Ağırbaş: Bankların depozit portfelinin azalmasında ciddi problem görmürəm - MÜSAHİBƏ

Sinan Ağırbaş: Bankların depozit portfelinin azalmasında ciddi problem görmürəm - MÜSAHİBƏ
# 13 noyabr 2023 12:28 (UTC +04:00)

APA-Economics” “Yapı Kredi Bank Azərbaycan”ın İdarə heyətinin üzvü, satış və marketinq üzrə baş direktorun müavini Sinan Ağırbaşla olan müsahibəni təqdim edir:

- Sinan bəy, 2023-cü ilin III rübü üzrə “Yapı Kredi Bank Azərbaycan”ın depozit portfelində, ümumilikdə isə aktivlərində azalma müşahidə edilir. Bu nə ilə bağlıdır?

- Biz bankın aktiv və passivlərini effektiv şəkildə idarə etməyə çalışırıq, bu bizim mənfəətliliyimizə də müsbət təsirini göstərir. Mənfəətimiz 2023-cü ilin III rübündə 10 milyon manatı ötüb.

Aktiv və passivlərinin böyüməsi önəmli kriteriya olmaqla yanaşı, əsas məsələ mənfəətlilik və kapital adekvatlığını gözləntilərdən yüksəkdə saxlamaqdır. Biz bunu reallaşdırdığımızı deyə bilərik. Mərkəzi Bankın hesabatlarına baxdıqda sadəcə “Yapı Kredi Bank Azərbaycan”ın deyil, bir neçə bankın depozit portfelində azalma müşahidə edildiyini görürük. Ümumilikdə, Azərbaycan bank sektoru rəqabətli bir bazardır. Bildiyiniz kimi, Azərbaycanda LDR indeksi (kreditlərin depozitlərə nisbəti) 70% civarındadır, yəni, bazarda kredit verilməsinə yönəldilməli olan kifayət qədər yüksək likvid vəsait var. Biz də doğru istiqamətlərə, geri dönüşü təmin edilə biləcək sahələrə və sektorlara sağlam kreditlər ayırmağı hədəfləyirik. Depozitlərdə artıq likvidlik əlavə faiz xərclərinin yaranmasına səbəb olur. Aktivlərimizi bunu nəzərə alaraq idarə etməyə çalışırıq.

- Qeyd etdiyiniz kimi, bu ilin ikinci yarısından başlayaraq Azərbaycanda iri bankların depozit portfelində böyük həcmdə “ərimə” müşahidə edilir. Bazar iştirakçısı olaraq, sizcə, bu nə ilə bağlıdır?

- Bunun bazara çox da mənfi təsir edəcəyini düşünmürəm. LDR indeksi qeyd etdiyim kimi, bazarda likvidliyin yüksək olduğunu deməyə əsas verir. Önəmli məsələ bu izafi likvidliyi doğru istiqamətlərə, qeyri-neft sektorunun inkişafına dəstək olacaq sahələrə kredit şəklində yönləndirməkdir. Bu baxımdan, bankların depozit portfelinin azalmasında ciddi problem görmürəm. Təbii ki, depozitlər hər zaman önəmlidir. Bu depozitlərin bankda saxlanılmasımı yoxsa, kredit şəklində real sektorun inkişafına yönəldilməsi önəmlidir. Məncə, bunu düşünmək lazımdır.

- AMB yenicə “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nı təsdiq etdi və banklara likvidlik əmsalının tətbiq edilməsi üzrə 18-24 ay müddət verilib. Sizcə, bu addım bank sektoruna necə təsir edəcək?

- Bildiyimiz kimi, bank sektoru üzrə requlyator, tənzimləyici qurum Mərkəzi Bankdır. Requlyator da təbii ki, sektorun dayanıqlı olmasına əhəmiyyət verir. Bank sektoru nə qədər güclü olarsa, bu, həmin ölkənin iqtisadiyyatının da güclü olması deməkdir. Bu baxımdan Mərkəzi Bankın atdığı addımları müsbət qarşılayırıq. Likvidlik dərəcəsi nə qədər yüksək olarsa və banklar buna nə qədər uyğunlaşarsa, bank sektoru da o qədər güclü olar.

- Bu ilin doqquz ayını “Yapı Kredi Bank Azərbaycan” mənfəətlə başa vurub. 2023-cü il üçün xalis mənfəət üzrə proqnozunuz necədir?
- Rəqib bankların olduğunu nəzərə alsaq, bu barədə indidən nəsə demək düzgün olmaz. Amma bu ilin ilk doqquz ayında göstərdiyimiz performasın üzərinə əlavələr edərək daha yaxşı nəticələr əldə etmək üçün çalışacağımızı deyə bilərəm.

- Hazırda gündəmdə olan məsələ nağdsız və təmassız ödəmələrdir. “Yapı Kredi Bank”ın bununla bağlı planları necədir?
- Bizim bütün posterminallarımız, kartlarımız təmassız ödəmələrə uyğundur. “Google Pay” və “Apple Pay” üzrə digər layihələrimiz davam edir. Hazır olduğu zaman bununla bağlı ətraflı məlumat verəcəyik.


- Digər bankların yeni çıxan kart məhsulları, kəşbək, kart qalığına əlavə ödəmələr və s. tipli kampaniyalarının şahidi oluruq. “Yapı Kredi Bank” isə sanki bir qədər gündəmdən kənarda qalıb. Bu nə ilə bağlıdır?
- Qeyd edim ki, biz taksitli, yəni hissəli ödəniş kartlarını Azərbaycan bazarına gətirən bankıq. Bizim məqsədimiz say deyil, keyfiyyətdir. Kartların, posterminaların sayı, bazarda yerimiz və s. kimi məsələlər əhəmiyyətli olsa, burada keyfiyyət daha da önəmlidir. Yəni, Azərbaycan bank bazarına verdiyimiz töhfəmiz, ““know how”” töhfəmiz nədir? Biz bank sektoruna ““know how”” anlamında nə qədər töhfə verə biləcəyimizə diqqət yetiririk. Böyümək, inkişaf etməklə yanaşı, həm də sektorla təcrübələrimizi paylaşmağa çalışırıq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR