Ləğv prosesində olan "Muğanbank"da sığortasız əmanətin məbləği təxminən 102 milyon manatdır.
"APA-Economics" xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
"102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir. 76 milyonun da 61 milyon manatı 1 fiziki şəxsə aiddir. Qalan 26 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə deyirik ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir" - Taleh Kazımov əlavə edib.