Bank Of Baku

TBB-nin baş katibi: Türkiyə COP31-in təşkilində Azərbaycanın təcrübəsindən yararlanıb

Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır

© APA | Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır

# 24 noyabr 2026 10:28 (UTC +04:00)

Türkiyə COP31-in təşkili zamanı Azərbaycanın COP29 çərçivəsində əldə etdiyi təcrübədən yararlanıb.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyə Banklar Birliyinin (TBB) baş katibi Nurullah Bakır 10-cu Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, COP31-dən əvvəl Türkiyənin bank sektorunun nümayəndələri azərbaycanlı həmkarları ilə görüşərək onların təcrübəsindən geniş şəkildə faydalanıblar.

Nurullah Bakır qeyd edib ki, qarşıdakı dövrdə bank sektoru iqtisadi artımı dəstəkləməklə yanaşı, ekoloji və sosial məsuliyyətə əsaslanan yanaşmanı daha da gücləndirməlidir.

Baş katib həmçinin qeyd edib ki, türk dövlətləri arasındakı güclü əlaqələr maliyyə və bankçılıq sahəsində mühüm imkanlar yaradır:

"Türk Dövlətləri Bank Birlikləri Şurası çərçivəsində həyata keçirilən fəaliyyət bank birlikləri arasında məlumat və təcrübə mübadiləsinin artırılması, birgə layihələrin inkişaf etdirilməsi və institusional potensialın gücləndirilməsi baxımından mühüm platformadır".

Nurullah Bakır bu əməkdaşlığın ölkələr arasında ticarət, investisiya və iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR