Bank Of Baku

“TCF” BOKT ötən il kiçilib və xalis mənfəəti 3 dəfə azalıb

“TCF” BOKT ötən il kiçilib və xalis mənfəəti 3 dəfə azalıb
# 18 may 2023 17:06 (UTC +04:00)

“TCF” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “TCF” BOKT-un xalis mənfəəti 2021-ci illə müqayisədə 3 dəfə azalaraq 269,6 min manata bərabər olub. 2021-ci ildə təşkilat 818.3 min manat xalis mənfəət qazanmışdı.

Hesabat dövründə təşkilat müştərilərə 12 milyon 425,7 min manat (illik müqayisədə 4.4% az) kredit verərək 2 milyon 801 min manat (illik müqayisədə43.9% çox) faiz gəliri əldə edib. Faiz xərcləri 1 milyon 5,1 min manat olan təşkilatın xalis faiz gəlirləri 1 milyon 795,9 min manat olub ki, bu da ötən illə müqayisədə 24.5% çoxdur.

Ötən il təşkilatın cəmi aktivləri 0.2% və ya 25.4 min manat azalaraq 16 milyon 665,3 min manat, cəmi öhdəlikləri isə 3.6% və ya 568 min manat azalaraq 15 milyon 414.3 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “TCF” BOKT-un cəmi kapitalı 1 milyon 250.9 min manata bərabər olub ki, bu rəqəm illik müqayisədə 24.5% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR