Təmassız ödənişlərin həcmi 2,7 mlrd. manatı ötüb

Təmassız ödənişlərin həcmi 2,7 mlrd. manatı ötüb
# 28 fevral 2024 16:21 (UTC +04:00)

POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilib.

Qeyd edilib ki, hesabat dövründə istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1.9 mlrd. manat ekvivalentində olan 67.5 mln. ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813.2 mln. manat ekvivalentində 39.6 mln. ödəniş həyata keçirilib.

Ümumilikdə 2023-cü il ərzində istifadəçilər tərəfindən tokenizasiya həllərindən istifadə 2022-ci illə müqayisədə 3.5 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR