Bank Of Baku

TMB uçot dərəcəsini 14%-ə endirib, lirə yeni antirekord vurub

TMB uçot dərəcəsini 14%-ə endirib, lirə yeni antirekord vurub
# 16 dekabr 2021 16:17 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı (TMB) yüksək inflyasiyaya baxmayaraq, bu gün uçot dərəcəsini 15%-dən 14%-ə endirib.

"APA-Economics"in verdiyi məlumata görə, bir çox aparıcı iqtisadçılar bu fonda lirənən zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30%-dən yuxarı qaldıracağını düşünür.

Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, TMB bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirib. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib. Buna baxmayaraq, müdaxilələrdən sonra gözəçarpan fərq hiss olunmadı və dollar artıq 1 lirə səviyyəsini keçdi.

Bu gün Bakı vaxtı ilə saat 15:51-də lirənin məzənnəsi yeni tarixi minimuma – 1 dollar/15,689 lirə səviyyəsinə endi.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.

Xatırladaq ki, noyabrda Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR